Azərbaycan iqtisadiyyatına bu il yönəlmiş investisiyaların həcmi açıqlanıb

Azərbaycan iqtisadiyyatına bu il yönəlmiş investisiyaların həcmi açıqlanıb
# 17 may 2021 12:10 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 3 752,8 mln. manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,7% az vəsait yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,7%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 15,2% azalıb. İstifadə olunmuş vəsaitin 2 722,5 mln. manatı və ya 72,5%-i məhsul istehsalı sahələrinə, 726,3 mln. manatı (19,4%-i) xidmət sahələrinə, 304 mln. manatı (8,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 132,6 mln. manatını və ya 56,8%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 722,9 mln. manatı və ya 72,6%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 64,7%, büdcə vəsaitləri 15,6%, bank kreditləri 6,8%, əhalinin şəxsi vəsaitləri 7,2%, sair vəsaitlər isə 5,7% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR