Azərbaycanın Avropaya ixracı apreldə üç dəfəyə yaxın artıb

Azərbaycanın Avropaya ixracı apreldə üç dəfəyə yaxın artıb
# 17 may 2021 16:16 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 3,993 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 6,5% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, yanvar-aprel aylarında Aİ-yə ixrac 3,310 mlrd. dollar, idxal isə 683,555 mln. dollara bərabər olub. Bu illik müqayisədə, müvafiq olaraq 7,3% və 1,9% azdır.

Beləliklə, cari ilin yanvar-aprel aylarında 2,626 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu göstərici 2020-ci ilin analoji dövrü ilə müqayisədə 8,7% azdır.

Təkcə aprel ayında isə Azərbaycanın Aİ ilə apardığı ticarət dövriyyəsinin həcmi 1,547 mlrd. dollar təşkil edib. Bu, mart ayı ilə müqayisədə 2,5 dəfə çoxdur. İxracın həcmi 1,347 mlrd. dollar, idxalın həcmi isə 200,138 mln. dollar təşkil edib. Bu isə aylıq müqayisədə müvafiq olaraq 2,9 dəfə və 33,2% çoxdur.

Nəticədə, aprel ayında 1,146 mlrd. dollarlıq müsbət ticarət saldo yaranıb ki, bu da mart ayı ilə müqayisədə 3,6 dəfə çoxdur.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanın Aİ ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 9,332 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 27,8% azdır. Ötən il 4,269 mlrd. dollarlıq müsbət ticarət saldo olub ki, bu da illik müqayisədə 47,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR