Azərbaycanın ÜDM-i yanvar-apreldə cüzi azalıb

Azərbaycanın ÜDM-i yanvar-apreldə cüzi azalıb
# 16 may 2021 12:17 (UTC +04:00)

2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 078,6 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% az ÜDM istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4% azalıb, qeyri neft-qaz sektorunda isə 4,1% artıb.

ÜDM istehsalının 41,1%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6%-i nəqliyyat və anbar təsərrüfatı, 5,7%-i tikinti, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9%-i informasiya və rabitə, 0,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 506,2 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR