Azərbaycanın xarici ticarət dövriyyəsi 2,1% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 2,1% artıb
# 17 may 2021 15:34 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni ayları ilə müqayisədə 2,1% artaraq 9 893,24 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk dörd ayında Azərbaycan xarici ölkələrə 6 364,34 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 3 528,91 mln. dollar olub. Nəticədə, 2 835,43 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayları ilə müqayisədə 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3,1% azalıb, ixrac və idxal isə müvafiq olaraq 0,9% və 4,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR