Bill Geytsin arvadı boşanmadan sonra 3 mlrd. dollarlıq səhmlər əldə edib

Bill və Melinda Geyts

© APA | Bill və Melinda Geyts

# 16 may 2021 17:41 (UTC +04:00)

ABŞ-ın "Microsoft" korporasiyasının təsisçisi Bill Geytsin keçmiş həyat yoldaşı Melinda boşanma nəticəsində ümumi dəyəri 3 mlrd. dollardan çox olan bir sıra şirkətin səhmlərinə sahib çıxıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Geyts tərəfindən təsis edilən "Cascade Investment" investisiya şirkəti digər bir strukturun səhmlərini də Melinda Geytsə verib. Nəticədə, boşanmadan sonra Melindanın əldə etdiyi məbləğ 3 mlrd. dollardan çox olub.

Tənzimləyici sənədlərə görə, "Cascade Investment" fondu dəyəri 851 mln. dollardan çox olan 2,25 mln. ədəd səhmi Melindaya verib.

Xatırladaq ki, Bill və Melinda boşanmalarını 4 may tarixində elan etmişdilər. Boşanma ilə bağlı məhkəməyə biznesmenin həyat yoldaşı müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR