DGK xətti ilə büdcə daxilolmaları yanvar-apreldə 2,5% azalıb

DGK xətti ilə büdcə daxilolmaları yanvar-apreldə 2,5% azalıb
# 07 may 2021 16:55 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 314 386,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% azdır.

"APA-Economics"in DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 10,1% artaraq 360 556,5 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 7,8% azalaraq 888 803,4 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin ilk dörd ayında daxilolmalar 16,5% artaraq 51 144,8 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 13 881,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 9,8% çoxdur.

Bu ilin aprel ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 370 847.5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 4%, bu ilin mart ayı ilə müqayisədə isə 6% çoxdur.

Bu ilin aprel ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 43,3% artaraq 99 830,3 min manat olub. Bu ilin mart ayı ilə müqayisədə isə bu göstərici 2% azalıb.

Həmçinin, cari ilin aprel ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 7,6% azalaraq 251 920,4 min manat (bu ilin mart ayı ilə müqayisədə 10,3% çox), aksizlər üzrə 23,7% artaraq 15 439,2 min manat (mart ilə müqayisədə 0,1% az), yol vergisi üzrə daxilolmalar isə 82% artaraq 3657,6 min manat (mart ilə müqayisədə 17,8% az) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR