"Fitch": Region iqtisadiyyatı COVID-19-dan bərpa olunur

"Fitch": Region iqtisadiyyatı COVID-19-dan bərpa olunur
# 06 may 2021 10:57 (UTC +04:00)

"Fitch" tərəfindən Azərbaycanın da daxil edildiyi Avropanın inkişaf etməkdə olan ölkələri regionun iqtisadiyyatı məhdudiyyətlərin azalması, vaksinasiyanın sürətlənməsi və dövlət dəstəyinin sayəsində COVID-19 pandemiyasının təsirlərlərindən bərpası davam etsə də, virusun yenilənmiş dalğaları sözügedən prosesin aktivliyini səngidir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin region üzrə yenilənmiş hesabatında deyilir. Bildirilir ki, COVID-19 məhdudiyyətlərinin uzanması dövlətlərin maliyyə sistemlərinə təzyiq göstərməyə davam edir, lakin dərin maliyyələşdirmə problemləri hələ müşahidə olunmayıb. Bundan əlavə, bölgənin çox hissəsində inflyasiya sürətlənərək monetar siyasət çərçivəsində cavab tədbirlərinə səbəb oldu.

"ABŞ-ın uzunmüddətli faiz dərəcələrinin yüksəlməsi, ümumiyyətlə, avro maliyyələşdirilməsinin üstünlük təşkil etdiyi mərkəzi və şərqi Avropa regionuna və sözügedən valyutada maliyyələşdirməyə nadir halda girişi olan MDB ölkələrinə az təsir göstərib," – deyə hesabatda deyilir.

"Fitch" qeyd edir ki, Türkiyə bu halda istisna olub. Ölkənin xarici maliyyələşdirməyə böyük tələbi və mərkəzi bankın rəhbərliyin dəyişməsindən sonra monetar siyasətdə yaranan qeyri-müəyyənlik Türkiyənin həssaslığını bir qədər də artırıb. Rusiyanın xarici maliyyələşdirmə imkanları qismən sanksiyalarla məhdudlaşdırılırsa da, ölkənin reytinqi ("BBB") ABŞ-ın aprel ayında tətbiq etdiyi yeni tədbirlərlərə davamlıdır. Sözügedən tədbirlər ABŞ qurumlarının ölkənin yerli valyutada ilkin bazar əməliyyatlarında iştirakını qadağan edir.

Agentliyə görə, region ölkələrinin reytinqləri Ermənistan ("BB-"dən "B+"a azalma) və Slovakiya ("A+"dan "A"ya azalma) istisna olmaqla pandemiyanın təsirlərinə tab gətirdi. Lakin, COVID-19 böhranının ölkələrin özlərinə xas olan problemlərlə ilə birgə, yerli və xarici maliyyələrinə təsiri, regionun 21 ölkəsindən 6-nın reytinq üzrə proqnozunun "mənfi" təyin edilməsi ilə yekunlaşdı. "Mənfi" proqnozlu ölkələrin siyahısına Azərbaycan ("BB+"), Gürcüstan, Şimali Makedoniya, Rumıniya, Slovakiya və Belarus daxildir.

"Fitch" hesabatında xatırladır ki, iki ölkənin reytinq üzrə proqnozu yüksəldilib. Türkiyənin proqnozu "stabil"ə, Bolqarıstanın reytinqi isə "müsbətə" dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR