Əhalinin bank əmanətlərinin gəlirliyi azalıb

Əhalinin bank əmanətlərinin gəlirliyi azalıb
# 27 iyul 2020 16:19 (UTC +04:00)

Cari il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında manatla yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi 8,59%, xarici valyuta üzrə isə 1,60% təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına( AMB) istinadən verdiyi xəbərə görə, gəlirlilikdə aylıq müqayisədə müvafiq olaraq 0,04% bəndi artım və 0,07% bəndi azalma qeydə alınıb.

Bildirək ki, bu müddətdə fiziki şəxslərin manatla yerləşdirilən əmanətləri üzrə orta faiz dərəcəsi də 8,90%-dən 8,95%-ə yüksəlib, xarici valyuta ilə yerləşdirilən əmanətlərin orta faiz dərəcəsi isə 2,12%-dən 2,06%-ə enib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə manatla əmanətlərin orta faiz dərəcəsi 1,12 faiz bəndi, xarici valyutada 0,5 faiz bəndi azalıb. O cümlədən fiziki şəxslərin manatla əmanətlərində 1,29 faiz bəndi, xarici valyutada isə 0,53 faiz bəndi azalma müşahidə olunub.

Qeyd edək ki, 2020-cu il yanvarın 1-nə manatla depozitlər üzrə orta faiz dərəcəsi 9,27%, xarici valyuta üzrə 1,84%, o cümlədən fiziki şəxslərin əmanətlərində müvafiq olaraq 9,68% və 2,40% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR