İKZF-nin mənfəəti ötən il kəskin azalıb

İKZF-nin mənfəəti ötən il kəskin azalıb
# 07 may 2021 09:45 (UTC +04:00)

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2020-ci ildə 7,228 mln. manat həcmində mənfəət əldə edib ki, bu da 2019-cu illə müqayisədə 2,6 dəfə azdır.

"APA-Economics"in İKZF-nin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, fondun xalis faiz gəlirləri 20,290 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 22,4% azdır. Hesabat dövründə qurumun gözlənilən kredit zərəri 12,7 dəfə artaraq 4,770 mln. manat təşkil edib. İnsan resurslarına xərclərin həcmi 9,4% artaraq 4,916 mln. manat, inzibati və digər xərclərin həcmi isə 48,3% artaraq 4,041 mln. manata bərabər olub.

2020-ci ilin yekunlarına əsasən, İKZF-nin cəmi aktivlərinin həcmi 1,781 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 26,6% çoxdur. Aktivlərin əsas hissəsini təşkil edən ipoteka kredit portfelinin həcmi isə 14% artaraq 1,137 mlrd. manata bərabər olub. Fondun cəmi öhdəlikləri isə 27,4% artaraq 960,819 mln. manat olub. Öhdəliklərin 76%-ni buraxılmış qiymətli kağızlar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yekunlarına görə, İKZF-nin kapitalı 25,8% artaraq 820,062 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR