Naxçıvan Dövlət Statistika Komitəsi bu ilin ilk dörd ayında muxtar respublika üzrə əsas kapitala yönələn vəsaitin həcmini açıqlayıb.
"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-aprel aylarında vəsait qoyuluşları çərçivəsində Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 293 718,3 min manat vəsait yönəldilib.
Bu, 2020-ci ilin göstəricisindən 1,2% çoxdur.