Naxçıvanda orta aylıq əməkhaqqı I rübdə 3,3% artıb

Naxçıvanda orta aylıq əməkhaqqı I rübdə 3,3% artıb
# 17 may 2021 09:59 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 536,3 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 536,2 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR