Naxçıvanın ÜDM-i 0,7% artıb

Naxçıvanın ÜDM-i 0,7% artıb
# 17 may 2021 09:35 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında ÜDM-in həcmi 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 0,7% artaraq 758 840,8 min manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk dörd ayında Naxçıvan əhalisinin hər nəfərinə düşən ÜDM-in həcmi 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,7% artaraq 1 643,2 manat təşkil edib.

Muxtar Respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Belə ki, cari ilin yanvar-aprel aylarında sənaye üzrə 344 811,5 min manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin eyni göstəricini (müqayisəli qiymətlər üzrə) 1,1% üstələyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR