Nazir: "Azərbaycan və Britaniyanın ticarət əlaqələri ən yaxşı dövrünü yaşayır"

Qrem Stüart

© APA | Qrem Stüart

# 21 may 2021 14:58 (UTC +04:00)

Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcminin sürətli bərpasını görmək fantastikdir.

Bunu "APA-Economics"ə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri Qrem Stüart (Graham Stuart) deyib.

Onun sözlərinə görə, bərpa prosesi təkcə ticarətdə deyil, həm də ikitərəfli investisiyaların axınında özünü göstərib və bu, statistik rəqəmlərlə təsdiqlənib.

"Hazırda Azərbaycan və Böyük Britaniya arasında olan ticarət əlaqələri canlanma və ən yaxşı dövrlərindən birini yaşayır", - Q. Stüart qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanın Böyük Britaniya ilə apardığı ticarət mübadiləsinin həcmi 182,939 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur. Hesabat dövründə Azərbaycandan Böyük Britaniyaya ixracın həcmi 87,222 mln. dollar təşkil edib ki, bu da illik ifadədə 12,2 dəfə çoxdur. İdxalın həcmi isə 95,717 mln. dollara bərabər olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 26,3% çoxdur. Nəticədə, 2021-ci ilin yanvar-aprel aylarında 8,495 mln. dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 8,1 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR