Qazaxıstanın Azərbaycana borcu 25% artıb

Qazaxıstanın Azərbaycana borcu 25% artıb

© APA | Azərbaycan və Qazaxıstan bayraqları

# 18 may 2021 11:35 (UTC +04:00)

Bu ilin yanvarın 1-nə Qazaxıstanın xarici dövlət borcu illik ifadədə 3% artaraq 163,4 mlrd. ABŞ dollarına çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Qazaxıstan Milli Bankının açıqlamasında deyilir.

Məlumata görə, Qazaxıstanın xarici dövlət borcunun 93,9%-i uzunmüddətli (1 ildən çox) borcun payına düşür. Ölkənin xarici borcunun 80,12%-i ABŞ dollarındadır.

Ölkələrə gəldikdə, cari ilin yanvarın 1-i tarixinə Qazaxıstanın Azərbaycana borcu 42,7 mln. dollar təşkil edib. Bu, 2020-ci ilin yanvarı 1-də qeydə alınan göstərici ilə müqayisədə 25,1% çoxdur. Struktura gəldikdə, ölkənin Azərbaycana olan borcunun 15 mln. dolları şirkətlərarası borclar, 8,2 mln. dolları bank sektoru, 19,5 mln. dolları isə digər sektorların payına düşür.

Qeyd edək ki, Qazaxıstanın xarici borcunun əsas hissəsi Niderlanda (44,156 mlrd. dollar), Böyük Britaniya (23,450 mlrd. dollar) və ABŞ-adır (12,972 mlrd. dollar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR