Təxminən 3,8 milyon rusiyalı borca görə xaricə gedə bilmir

Təxminən 3,8 milyon rusiyalı borca görə xaricə gedə bilmir
# 08 may 2021 10:23 (UTC +04:00)

Borclarının olması səbəbindən 3 milyondan çox Rusiya vətəndaşı xaricə getməkdən məhrum olunub.

"APA-Economics" xəbər verir ki, bu barədə Federal Məhkəmə İcra Xidmətinin (FSSP) məlumatında deyilir.

Qeyd olunub ki, cari ilin yanvar-mart aylarında FSSP aliment ödəməyən 255 min vətəndaş da daxil olmaqla borclu vətəndaşların Rusiyadan getməsini müvəqqəti məhdudlaşdırmaq üçün 3,1 milyondan çox qərar verib.

Ümumilikdə, I rübdə FSSP borclulardan 9 mlrd. rubldan (123 mln. ABŞ dolları) çox vəsaiti geri almağa nail olub.

Hazırda Rusiyada 3,8 milyon borcluya qarşı ölkədən çıxmağa dair məhdudlaşdırma əmri qüvvədədir.

Əksər hallarda xaricə səyahət hüququ ilə bağlı məhdudiyyətlər aliment, borc ödəmələri və mənzil-kommunal xidmətlər borcu olan şəxslərə tətbiq olunur. Keçən il FSSP bu cür borclulardan 120 mlrd. rubldan (1,627 mlrd. dollar) çox vəsait toplaya bilib.

FSSP 30 min rubl (407 dollar) məbləğində borca görə xaricə səyahəti məhdudlaşdıra bilər, aliment ödəməyənlər üçün bu rəqəm 10 min rubldan (136 dollar) başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR