Ukrayna iqtisadiyyatında Azərbaycan kapitalının həcmi açıqlanıb

Ukrayna iqtisadiyyatında Azərbaycan kapitalının həcmi açıqlanıb
# 17 may 2021 11:20 (UTC +04:00)

Bu ilin yanvar ayının 1-nə Azərbaycan kapitalının Ukrayna iqtisadiyyatındakı həcmi 168,3 mln. ABŞ dolları təşkil edib.

"APA-Economics"in Ukrayna Mərkəzi Bankının məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici 2020-ci il ərzində 13,3% azalıb, 2020-ci ilin IV rübü ərzində isə 0,2% artıb.

Qeyd edək ki, ölkə kapitalının Ukraynadakı payının 83%-i topdan və pərakəndə ticarət sektorunda cəmləşib.

Cari ilin yanvarın 1-nə Azərbaycan kapitalının Ukraynanın ümumi xarici kapital qoyuluşundakı payı 0,46%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR