Əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan bir sıra tədbirlərin keçirilməsinə ayrılan vəsait açıqlanıb

Əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan bir sıra tədbirlərin keçirilməsinə ayrılan vəsait açıqlanıb
# 16 may 2020 10:47 (UTC +04:00)

2019-cu ilin dövlət büdcəsində əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan bir sıra tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu üçün 300,0 milyon manat, dövlət büdcəsinin ehtiyat fondu üçün isə 100,0 milyon manat vəsait nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, 2019-cu il dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin minimum aylıq əməkhaqqının məbləğinə uyğunlaşdırılması, əməkhaqlarının və tələbələrə verilən təqaüdlərin məbləğlərinin artırılması, əməkhaqqı sisteminin təkmilləşdirilməsi, yeni ştatların komplektləşdirilməsi və bir sıra zəruri xərclərin maliyyə təminatının yaradılması məqsədilə “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq 2019-cu il dövlət büdcəsində birdəfəlik təyinatlı xərclər üzrə qənaət olunmuş vəsaitdən 1052,3 milyon manat vəsait həmin Qanunun 6.2-ci maddəsinin tələbi gözlənilməklə dövlət büdcəsinin ehtiyat fonduna yönəldilib.

Qeyd olunan vəsait də nəzərə alınmaqla, bütövlükdə 2019-cu ilin dövlət büdcəsində ehtiyat fondları üçün nəzərdə tutulmuş vəsaitin məbləği 1452,3 milyon manat təşkil edib, il ərzində həmin vəsaitdən 1376,9 milyon manat istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR