ABŞ Dövlət katibi Gürcüstan XİN-in rəhbəri ilə danışıb

ABŞ Dövlət katibi Gürcüstan XİN-in rəhbəri ilə danışıb
# 13 aprel 2021 20:59 (UTC +04:00)

ABŞ Dövlət katibi Entoni Blinkenlə Gürcüstan XİN-in rəhbəri David Zalkaliani arasında telefon danışığı olub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə D.Zalkaliani özünün "Twitter" hesabında paylaşım edib.

Bildirib ki, söhbət zamanı tərəflər Gürcüstanda və bölgədəki təhlükəsizlik vəziyyəti, ölkələr arasındakı tərəfdaşlıq əlaqələri və Gürcüstanın demokratik konsolidasiyası barədə müzakirə aparıblar. Nazir qeyd edib ki, ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü və Avro-Atlantik inteqradiyasına güclü və sarsılmaz dəstəyi olduqca vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR