ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib

#
# 16:17
15 aprel 2021

ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib.

APA-nın məlumatına görə, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiya tətbiq edilməsi barədə Fərman imzalayıb.

Sanksiyaya əsasən, Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının 10 əməkdaşı ölkədən çıxarılacaq. Onların arasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin əməkdaşları da var.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi ABŞ maliyyə qurumlarının Rusiyanın Mərkəzi Bankı, Milli Sərvətlər Fondu və ya Maliyyə Nazirliyi tərəfindən 14 iyun 2021-ci il tarixindən sonra buraxılmış rubl və ya qeyri-rubl nominallı istiqrazları alınmasını və Rusiya Mərkəzi Bankına, Milli Sərvətlər Fonduna və ya Maliyyə Nazirliyinə rubl və ya qeyri-rubl nominallı borc verməsini qadağan edir.

Sənəddə Rusiya Xarici Kəşfiyyat Xidmətinin ABŞ-ın “Solar Winds” şirkətinə qarşı kiberhücuma görə məsuliyyət daşıdığı bildirilir. Rusiya Kəşfiyyat Xidmətinin kiber fəaliyyətinə müxtəlif vasitələrlə dəstək verən altı rus texnologiya şirkətinə qarşı sanksiyalar tətbiq olunur.  

ABŞ Maliyyə Nazirliyi Rusiyanın ABŞ-da seçkilərdə müdaxilədə şübhəli bilinən 16 təşkilatına və 16 fiziki şəxsinə də sanksiya tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR