ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 23 yanvar 2020 08:04 (UTC +04:00)

ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərinin mərkəzində naməlum şəxs insanların sıx cəmləşdiyi istiqamətə atəş açıb.

APA-nın NBC telekanalına istinadən verdiyi məlumata görə, silahlı insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Şəhər polisi “twitter”də bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq hadisə yerindədir. Şübhəli şəxsin axtarışı davam etdirilir.

Hadisənin turistlər arasında populyar olan məkanda baş verdiyi bildirilir. 9-55 yaş aralığında olan yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR