Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Nikol Paşinyanla görüşüb

Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Nikol Paşinyanla görüşüb
# 15 aprel 2021 19:54 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Ermənistan baş naziri Nikol Paşinyanla görüşüb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, görüş Aİ nümayəndəsinin Ermənistana səfəri çərçivəsində baş tutub.

Görüş zamanı Toivo Klaar Avropa İttifaqının Cənubi Qafqazda sülhün bərqərar olmasına böyük əhəmiyyət verdiyini və müvafiq atmosferin formalaşmasına mane olan mövcud problemlərdən narahat olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR