Anna Popova: “Rusiyada koronavirusa yoluxma tempi elə də böyük deyil”

Anna Popova: “Rusiyada koronavirusa yoluxma tempi elə də böyük deyil”
# 14 may 2020 19:00 (UTC +04:00)

“Rusiyada yeni növ koronavirusa (COVID-19) yoluxma tempi elə də böyük deyil”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rospotrebnadzor"un rəhbəri Anna Popova deyib.

“Artıq on bir gündür ki, COVID-19-a yoluxmada artım müşahidə olunmur”, - deyə A. Popova vurğulayıb.

Qeyd edək ki, Operativ Qərargah son sutka ərzində Rusiyada 9974 nəfərdə koronavirusa yoluxma halının qeydə alındığını, ümumilikdə ölkə ərazisində COVID-19-a yoluxanların 252 245 nəfərə çatdığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR