Axtarışda olan Azərbaycan vətəndaşı Volqoqradda saxlanılıb

Axtarışda olan Azərbaycan vətəndaşı Volqoqradda saxlanılıb
# 21 dekabr 2019 11:10 (UTC +04:00)

Axtarışda olan azərbaycanlı Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Volqoqrad Baş Polis İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, vəzifə səlahiyyətlərini aşmaqda və pul tələb etməkdə şübhəli bilinərək Azərbayan hüquq-mühafizə orqanları tərəfindən barəsində axtarış elan olunmuş şəxs Volqoqrad polisinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən tutulub.

"Rusiya Daxili İşlər Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları, Azərbaycan Respublikası vətəndaşı olan şəxsi saxlayıblar", - deyə məlumatda qeyd olunub.

Hazırda tutulan şəxsin Azərbaycana təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR