Azərbaycan səfiri Gürcüstanın Katolikos-Patriarxı ilə görüşüb

Azərbaycan səfiri Gürcüstanın Katolikos-Patriarxı ilə görüşüb
# 25 noyabr 2019 23:06 (UTC +04:00)

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Gürcüstanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının mətbuat xidmətinin rəhbəri, yepiskop Andriy Jagmaidze məlumat verib. Bildirib ki, görüş zamanı Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyət, Gürcüstan vətəndaşlarının işğal xəttinin yaxınlığında qanunsuz qaçırılması, həmçinin həkim Vaja Qaprindaşvilinin işğalçı rejim tərəfindən qanunsuz saxlanılması məsələsi müzakirə edilib.

Patriarx, əməkdaşlığa görə diplomatik korpusun nümayəndələrinə təşəkkür edib.

Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR