"Azərros“un növbəti qurultayının vaxtı məlum olub - FOTO

"Azərros“un növbəti qurultayının vaxtı məlum olub - FOTO
# 12 fevral 2020 00:28 (UTC +04:00)

Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyətinin növbəti qurultayının keçiriləcəyi vaxt məlum olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün "Azərros"un Federal Şurasının iclası keçirilib.

İclasda diaspor təşkilatının növbəti - VIII qurultayının aprelin 23-də keçirilməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti 1999-cu ildə təsis edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR