BMT nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnamə qəbul edib

BMT nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnamə qəbul edib
# 19 dekabr 2019 11:02 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisi nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnamə qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti məlumat yayıb.

“Nasizmin, neonasizmin qəhrəmanlaşdırılması, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı dözümsüzlüyün müasir formalarının eskalasiyasına şərait yaradan digər təcrübə formaları ilə mübarizə” adlanan sənədin lehinə 133 dövlət səs verib, 52 dövlət bitərəf qalıb, ABŞ və Ukrayna qətnamənin əleyhinə səs verib.

Sənədin müəllifləri nasizmin təbliği və qəhrəmanlaşdırılması ilə bağlı insidentləri sərt formada qınayırlar və dövlətləri əldə olan vasitələrlə, lazım olduqda qanunvericilikdən istifadə etməklə irqi ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa çağırırlar.

Qeyd edək ki, qətnamənin müəllifi Rusiyadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR