Bakıda avtomobil piyadanı vuraraq öldürüb

#
# 13:02
22 iyun 2020

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 20-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Muxtarov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Goranboy rayon sakini Şəhriyar Zeynalovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerinə ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR