Baş katib: “KTMT ilə NATO arasında birbaşa müharibə təhlükəsi yoxdur”

Baş katib: “KTMT ilə NATO arasında birbaşa müharibə təhlükəsi yoxdur”
# 15 may 2020 13:05 (UTC +04:00)

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə NATO arasında böyük beynəlxalq problemlərin həllinə fərqli yanaşmaların olmasına baxmayaraq, birbaşa müharibə təhlükəsi yoxdur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib.

“NATO ilə birbaşa hərbi münaqişə təhlükəsi yoxdur. Hətta böyük beynəlxalq problemlərin və çağırışların həllinə yanaşmalarda fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, münaqişə üçün əsas görünmür. Üstəlik biz ümid edirik ki, NATO dövlətlərinin siyasi elitası və ictimaiyyəti bizdə olduğu kimi, bu cür münaqişənin qlobal fəlakətli olduğunu dərk edir”, - deyə KTMT-nin baş katibi vurğulayıb.

O qeyd edib ki, bütün vəziyyətlər izlənilir və diqqətlə analiz olunur: “KTMT sərhədləri yaxınlığında NATO-nun hərbi gücünü və hərbi infrastrukturunu möhkəmləndirməsi (hər il 40-a qədər böyük hərbi təlimlər keçirilir), birgə manevrlərin intensivliyi və miqyaslılığı narahatlıq doğurmaya bilməz. Bütün bunlar KTMT-nin adekvat reaksiyasını və mümkün böhranlı vəziyyətə cavab verməyə hər zaman hazır olmasını obyektivcəsinə tələb edir. Bununla əlaqədar siyasi-diplomatik tədbirlər hazırlanır, KTMT-nin kollektiv qüvvələrinin döyüş imkanlarının yüksəldilməsi ilə bağlı daimi iş aparılır. Bütün bu tədbirlər istisnasız olaraq kollektiv təhlükəsizliyin, KTMT-yə üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına istiqamətlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR