Belarus Prezidenti: "Rusiya ilə sərhədi bağlamayacağıq"

#
# 15:25
16 mart 2020

“Belarus qonşu ölkələrlə, o cümlədən Rusiya ilə sərhədi bağlamayacaq”.

APA-nın "Belta" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident Administrasiyasının rəhbəri İqor Sergeyenko və Təhlükəsizlik Şurasının katibi Andrey Ravkov ilə görüşdə deyib.

“Bu məsələ adekvat və müvafiq hərəkət etməyi tələb edir. Çox maraqlıdır, Rusiya hökumətində heç kim bilmir, Belarusun Rusiya ilə sərhədi yoxdur, sərhədlərimiz delimitasiya və demarkasiya olunmayıb. Bizim sərhədimiz yoxdur və beləliklə də bağlanası heç nə yoxdur. Ehtimal ki, onlar artıq bu sərhədi yaradıblar. Bu onların öz işidir”, - deyə Belarus Prezidenti qeyd edib.

Xatırladaq ki, bu gün Rusiya COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün Belarusla sərhədi bağladığını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR