Belarus Səhiyyə naziri etirazlar zamanı iki nəfərin öldüyünü bildirib

Belarus Səhiyyə naziri etirazlar zamanı iki nəfərin öldüyünü bildirib
# 17 avqust 2020 20:30 (UTC +04:00)

“Belarusda keçirilən etiraz aksiyaları zamanı iki nəfər ölüb”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Belarus Səhiyyə naziri Vladimir Karanik həkimlərin qarşısında çıxışı zamanı bildirib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR