Belarus bəzi tibbi məhsulların ixracına icazə verib

Belarus bəzi tibbi məhsulların ixracına icazə verib
# 09 may 2020 11:26 (UTC +04:00)

Belarus hökuməti bəzi növ tibbi malların, o cümlədən bint, pambıq, cuna, həmçinin özünün istehsal etdiyi maskalarının ixracına qoyulan qadağanı ləğv edib.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, mart ayında Belarus hökuməti yeni növ koronavirus pandemiyası fonunda bir sıra tibbi ləvazimatların, o cümlədən cərrahi xalatlar, maskalar, əlcəklər, bint, pambıq və s. ixracını qadağan etmişdi, lakin sözügedən məhsulların fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün ölkədən çıxarılmasına icazə var idi. Ölkədə qoruyucu maskaların olmaması kəskin hiss olunurdu, lakin Belarus Prezidenti Aleksandr Lukaşenkonun göstərişi ilə kifayət qədər sayda maska ​​istehsal edildi və valyuta qazanmaq məqsədilə artıq qalan maskaları ixrac etmək qərara alındı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR