Belarus və Rusiya Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Belarus və Rusiya Xarici İşlər nazirləri arasında telefon danışığı olub
# 27 avqust 2020 19:36 (UTC +04:00)

Belarusun Xarici İşlər naziri Vladimir Makey və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Sergey Lavrov Belarus XİN başçısına xarici tərəfdaşlarla Belarusdakı vəziyyətlə bağlı müzakirələri barədə məlumat verib.

XİN-in məlumatında bildirilib ki, tərəflər Konstitusiyanın normalarına riayət edərək və qanunun aliliyinə hörmətlə yanaşaraq milli dialoq yolu ilə Belarusda vəziyyətin normallaşdırılmasının vacibliyini vurğulayıblar.

"Nazirlər daxili siyasi proseslərə xarici müdaxilənin, vəziyyəti gərginləşdirmək cəhdlərinin və kənardan birtərəfli vasitəçilik xidmətlərinin tətbiqinin yolverilməzliyi təsdiqləyiblər. Rusiya tərəfi qardaş Belarus xalqına daimi müttəfiq dəstəyini bəyan etdi", - XİN-in məlumatında qeyd olunub.

Nazirlər iki ölkənin xarici işlər orqanlarının hazırkı qarşılıqlı fəaliyyəti ilə bağlı müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR