Belarusda Rusiyanın “Vaqner” qrupunun 32 döyüşçüsü saxlanılıb - YENİLƏNİB

Belarusda Rusiyanın “Vaqner” qrupunun 32 döyüşçüsü saxlanılıb - YENİLƏNİB
# 29 iyul 2020 16:40 (UTC +04:00)

Belarusda saxlanılan döyüşçülər Rusiyanın "Vaqner" özəl hərbi qrupunun üzvləridir.

APA-nın xəbərinə görə, bu barədə "Belta" agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

***

saat 14:31

Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb.

APA-nın "Belta" dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iyulun 29-na keçən gecə Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsü saxlanılıb.

Hələlik saxlanılanlarla bağlı ətraflı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR