Belarusda son sutkada 751 nəfər koronavirusa yoluxub

#
# 17:32
24 aprel 2020

Belarusda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 751 nəfər artaraq 8 773 olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, son sutka ərzində daha 3 xəstə koronavirusdan vəfat edib.

Belarusda koronavirusdan ölənlərin sayı 63 nəfər, sağalanların ümumi sayı isə 1 120 nəfərdir. 

Ölkədə koronavirusun müəyyənləşməsi üçün ümumilikdə 130 min test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR