Bu gündən Gürcüstanda koronavirus əleyhinə Çin vaksininin tətbiqinə başlanılır

Bu gündən Gürcüstanda koronavirus əleyhinə Çin vaksininin tətbiqinə başlanılır
# 04 may 2021 08:18 (UTC +04:00)

Bu gündən Gürcüstanda yeni növ koronavirus (COVID-19) əleyhinə Çin istehsalı “Sinopharm” vaksinini tətbiqinə başlanılır.

APA-nın yerli bürosu xəbər verir ki, vaksinasiya prosesini bütün ölkə üzrə 91 məntəqədə 137 qrup tərəfindən həyata keçiriləcək.

Çin vaksinindən 18-60 yaş aralığından olan vətəndaşların peyvəndlənməsində istifadə olunacaq. Son göstəriciyə əsasən “Sinopharm” vaksininin vurulması üçün ölkədə 17,613 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, Gürcüstan aprelin 3-də Çindən 100 min doza "Sinopharm", aprelin 29-da isə 100 min doza “Sinovac” vaksini əldə edib. Qonşu ölkədə bu vaxta qədər yeni növ koronavirus əleyhinə yalnız “AstraZeneca” və “Pfizer” vaksinləri tətbiq edilib.

Ölkə rəhbərliyi daha əvvəl Çin vaksinlərinin yalnız Dünya Səhiyyə Təşkilatının təsdiqləməsindən sonra istifadəsini planlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR