Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib, 13 direktorun iş yeri dəyişdirilib

Bu il Bakıda 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsi ləğv edilib, 13 direktorun iş yeri dəyişdirilib
# 27 dekabr 2019 12:36 (UTC +04:00)

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinə 2019-cu təqvim ili ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul olunub.

İdarədən APA-ya verilən xəbərə görə, eyni zamanda 13 direktorun iş yeri dəyişdirilib, 111 məktəb direktorunun isə müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Həmçinin çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

18 direktorla bağlanmış əmək müqaviləsi isə ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR