Burundidə avtomobil çaya düşüb, 16 nəfər ölüb

Burundidə avtomobil çaya düşüb, 16 nəfər ölüb
# 12 oktyabr 2020 04:34 (UTC +04:00)

Burundinin cənubunda çay üzərindəki körpü dağılıb, nəticədə körpünün üzərində olan bir yük maşını suya düşüb.

APA xəbər verir ki, bu barədə “Xinhua” xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 55 nəfər isə yaralanıb. Bildirilir ki, ağacdan hazırlanmış körpü toy mərasimi iştirakçılarını daşıyan avtomobilin ağırlığına tab gətirməyib. Yaralılar xəstəxanaya yerləşdirilib. Yük maşınının sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR