Dağıstanda 6 məhkum həbsxanadan qaçıb

Dağıstanda 6 məhkum həbsxanadan qaçıb
# 23 sentyabr 2020 10:26 (UTC +04:00)

Dağıstanda 6 məhkum cəzaçəkmə müəssisəsindən qaçıb.

APA-nın xəbərinə görə, bu barədə TASS güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, məhkumlar Şamxal qəsəbəsində yerləşən cəzaçəkmə müəssisəsindən tunel qazaraq gecə saatlarında qaçıblar.

Məhkumlardan biri Tacikistan vətəndaşı, yerdə qalanlar Dağıstan sakinləridir.

Dörd nəfər narkotik cinayətlərinə görə, 2 nəfər isə qətlə görə uzunmüddətə azadlıqdan məhrum ediliblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkumların axtarışları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR