Dağıstanda koronavirusa yoluxanların sayı 50 nəfərə çatıb

Dağıstanda koronavirusa yoluxanların sayı 50 nəfərə çatıb
# 04 aprel 2020 11:39 (UTC +04:00)

Sutka ərzində Dağıstanda daha 25 nəfər yeni növ koronavirusa yoluxub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bununla da Dağıstanda virusa yoluxanların sayı 50 nəfərə çatıb.

Hazırda Dağıstanda karantinə 1226 nəfər yerləşdirilib, onlardan 27-nin yaşı 65-dən yuxarıdır.

Dağıstanda xüsusi karantin rejimi qüvvəyə minib. Xüsusi hallar istisna olmaqla, sakinlərə evdən çıxmaq qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR