Dağıstanda məscid binasında yanğın olub

#
# 05:17
13 fevral 2020

Dağıstanda məsciddə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda deyilir.

Məlumata görə, yanğın Dağıstanın Xasavyurt şəhərində məscid və yemək otağının yerləşdiyi binanı məhv edib. Bildirilir ki, yanğının sahəsi təxminən 350 kvadrat metr olub.

“Xasavyurt şəhərində, Bamotovski magistral yolunun 13-cü kilometrliyində, üçmərtəbəli məscid binasında və 350 kvadratmetr sahəsi olan yeməkxanada yanğın baş verib”, - deyə məlumatda bildirilib.

Qurum qeyd edir ki, yanğın nəticəsində zərərçəkənlər olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR