Dağıstanda polis polkovniki koronavirusdan ölüb

Dağıstanda polis polkovniki koronavirusdan ölüb
# 06 may 2020 08:20 (UTC +04:00)

Dağıstanda koronavirus testi müsbət çıxan və ikitərəfli sətəlcəm diaqnozu qoyulmuş polis əməkdaşı dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi rəsmi “İnstagram” rəsmi hesabında məlumat yayıb.

Bildirilib ki, ikitərəfli sətəlcəmdən müalicə olunan polis polkovniki Maqomed Maqomedov mayın 4-də Dağıstan Daxili İşlər Nazirliyinin tibb məntəqəsində qəflətən dünyasını dəyişib. O, Dağıstanda koronavirusdan ölən 4-cü polis əməkdaşıdır.

Qeyd edək ki, son bir həftə ərzində Dağıstan Daxili İşlər Nazirliyinin analoji diaqnoz qoyulmuş 3 əməkdaşı ölüb.

Son məlumatlara görə, Dağıstanda koronavirusa yoluxanların sayı 2086 nəfərə çatıb, onlardan 14-ü ölüb, 325-i sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR