Dağıstanda yol qəzasında 4 nəfər ölüb

Dağıstanda yol qəzasında 4 nəfər ölüb
# 28 noyabr 2019 16:01 (UTC +04:00)

Rusiyanın Dağıstan Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, “VАZ-2106 markalı minik avtomobili “Mitsubishi Lancer” markalı minik maşını ilə toqquşub.

Nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR