Daşkənddə koronavirus məhdudiyyətləri sərtləşdirilir

Daşkənddə koronavirus məhdudiyyətləri sərtləşdirilir
# 23 iyun 2020 00:16 (UTC +04:00)

Özbəkistan hökuməti epidemiyanın geniş yayılması səbəbi ilə paytaxt Daşkəndin rayonlarında karantin tədbirlərini sərtləşdirmək qərarına gəlib. 

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Nazirlər Kabineti yanında Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, paytaxtın 513 məhəlləsinin 71-i mövcud vəziyyətlə əlaqədar “qırmızı zona”ya daxil edilib.

Məhəllələrin giriş və çıxışlarında gecə-gündüz olmaqla nəzarət məntəqələrinin qurulacağı bildirilib. 

Son məlumatlara görə, ölkədə yoluxma hallarının sayı 6358-ə çatıb, 19 nəfər ölüb, 4377 nəfər sağalıb.

Respublikada karantin rejimi avqustun 1-dək uzadılıb.

Qeyd edək ki, Özbəkistanda ilk COVID-19 hadisəsi martın 15-də aşkar edilib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR