Düşənbədəki partlayış nəticəsində 29 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Düşənbədəki partlayış nəticəsində 29 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB
# 02 may 2021 09:02 (UTC +04:00)

Tacikistanın paytaxtı Düşənbə şəhərində yanacaqdoldurma məntəqəsində baş verən güclü partlayış nəticəsində 29 nəfər yaralanıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Komitəsinin sözçüsü Umeda Yusufi xəbər verib. Məlumata görə, onlardan beşinin vəziyyəti ağırdır.

Saat 00:22

Tacikistanın paytaxtı Düşənbə şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında “Zarafşon” mikrorayonunda olub.

Paytaxtın Yanğından Mühafizə İdarəsindən bildirilib ki, partlayış nəticəsində ölən və yaralananlar var, lakin onların sayı hələ dəqiq müəyyənləşməyib.

Alovun tüstüsü 50 metr hündürlüyə çatıb, yaxınlıqdakı evlər zədələnib. Yanğın saat yarımdan çox müddətdə on yanğınsöndürən tərəfindən söndürülüb.

Yaxınlıqdakı Təcili yardım stansiyasına yanıq və digər xəsarətlərlə 15 nəfər müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR