Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığı olub

Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında telefon danışığı olub
# 24 aprel 2021 12:40 (UTC +04:00)

Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla danışıb. Tərəflər Dağlıq Qarabağda yerləşən Rusiya kontingentinin sülhməramlı missiyasını müzakirə ediblər.

APA-nın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir.

Bildirilir ki, iki ölkənin müdafiə nazirləri Dağlıq Qarabağda yerləşdirilmiş Rusiya kontingentinin sülhməramlı missiyasını, Ermənistan Silahlı Qüvvələrində başlayan genişmiqyaslı islahatların əsas istiqamətlərini, habelə Ermənistan-Rusiya ortaq kontingentinin birgə hərəkətlərini və gələcək proqramlarını müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR