Ermənistanda COVID-19-a yoluxanların sayı 209485-ə çatıb

#
# 11:26
20 aprel 2021

Ermənistanda son sutkada koronavirusa (COVID-19) 667 yeni yoluxma qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 209485-ə çatıb.

Son sutka ərzində virusdan 24 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 3919 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR