Ermənistanda COVID-19-a yoluxanların sayı 43270 nəfərə çatıb

#
# 10:54
27 avqust 2020

Ermənistanda son sutka ərzində 203 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 43270 nəfərə çatıb. 

Ermənistanda son sutkada daha 3 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 864 nəfərə çatıb.

Ermənistanda indiyədək virusdan 36 988 nəfər sağalıb, 5 153 nəfər hazırda müalicə olunur. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR