Ermənistanda etiraz aksiyasından sonra müxalifətin 10 lideri saxlanılıb

Ermənistanda etiraz aksiyasından sonra müxalifətin 10 lideri saxlanılıb
# 12 noyabr 2020 12:51 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvan şəhərinin Azadlıq meydanında keçirlən etiraz aksiyasından sonra müxalifətin 10 lideri saxlanılıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Xüsusi İstintaq İdarəsi məlumat yayıb.

Saxlanılan şəxslər qanunla müəyyən edilmiş qaydaları pozaraq aksiyalar təşkil etməkdə təqsirli bilinirlər.

Saxlanılanlar arasında Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan, “Milli Təhlükəsizlik” partiyasının sədri Garnik İsaqulyan, politoloq Suren Surenyan, “Daşnaktsutyun” Erməni İnqilab Federasiyasının nümayəndələri Geqham Manukyan və İşxan Saqhatelyan, parlamentin sabiq vitse-spikerləri Ara Sahakyan və Eduard Şarmazanov ("Respublika" Partiyasının idarə heyətinin üzvü), "Birləşmiş Ermənistan" partiyasının qurucusu Artur Kazinyan və müxalifətçi David Hambardzumyan var.

G. İsaqulyan, S. Surenyan, A. Vanetsyan, A. Kazinyan və İ. Saqhatelyan hərbi vəziyyət dövründə tətbiq olunan komendant saatını pozmaqda şübhəli bilinir. Onlar beş il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR