Ermənistanda konstitusiya dəyişiklikləri qüvvəyə minib

Ermənistanda konstitusiya dəyişiklikləri qüvvəyə minib
# 26 iyun 2020 05:58 (UTC +04:00)

Ermənistanda qüvvəyə minən konstitusiya dəyişiklikləri Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinin bitməsi deməkdir.

 

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan öz “Facebook” səhifəsində yazıb.

“Bu gündən etibarən Hrayr Tovmasyan artıq Konstitusiya Məhkəməsinin sədri deyil, Feliks Toxyan, Hrant Nazaryan və Alvina Gülumyan artıq Konstitusiya Məhkəməsinin hakimləri deyillər. İki ay ərzində üç yeni hakim seçiləcək”, - deyə erməni baş nazir bildirib.

Paşinyan qeyd edib ki, Ermənistanın bütün dövlət strukturları bu faktı nəzərə almalı və ona əsasən iş görməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR