Ermənistanda koronavirusa yoluxanların sayı 1339 nəfərə çatıb, daha 2 nəfər ölüb

Ermənistanda koronavirusa yoluxanların sayı 1339 nəfərə çatıb, daha 2 nəfər ölüb
# 20 aprel 2020 11:01 (UTC +04:00)

Ermənistanda son sutka ərzində daha 48 nəfər yeni növ koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 1339 nəfərə çatıb.

Ermənistanda son sutka ərzində isə daha 2 nəfər ölüb və koronavirusdan ölənlərin sayı 22 nəfərə yüksəlib.

Ermənistanda xəstəlikdən sağalanların sayı 580 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR